Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ermənistanın hərbi təxribatları antiterror əməliyyatını labüd etdi

0

  • Azərbaycan torpaqlarını 30 il işğalda saxlayan Ermənistan, bu illər ərzində BMT, Avropa şurası, ATƏT və digər beynəlxalq təşkilatların işğalda olan torpaqları azad etmələri haqqında qəbul etdikləri qərar və qətnamələri heçə sayır, bir növ ərköyün övlad funksiyasını yerinə yetirirdi. Ermənistan yüksək kürsülərdə danışıqlar aparmaq imitasiyası yaradır, heç bir nəticə verməyən manevrlər edirdi. Əlbəttə, bütün bunları edərkən Ermənistan kimi cırtdan bir dövlət öz gücünə deyil, onu dəstəkləyən güclərə arxalanırdı. Digər yandan da ermənilər qoşunların təmas xəttində tez - tez təxribatlar törədir, Azərbaycanın əsəblərini tarıma çəkirdi. Sözsüz ki, bu belə davam edə bilməzdi. Növbəti belə təxribatların birində - 27 sentyabr 2020 - ci il tarixdə - Azərbaycan ordusu əks hucuma keçərək erməni faşistlərini darmadağın etdi və onları kapitulyasiya aktına imza atmağa məcbur etdi.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Ermənistan məğlubiyyət aktına qol çəkərkən Azərbayaca - Ermənistan və Rusiya arasında üçtərəfli bəyanat imzalandı. Təəssüflər olsun ki, üçtərəfli bəyanatın bir çox müddəaları Ermənistanın qeyri - konstruktiv mövqeyi ucbatından hələ də yerinə yetirilməmiş qalır. Ermənilər yenə də müxtəlif manevrlər edir, danışıqlar prosesini uzatmağa, sülh müqaviləsinin bağlanmasını ləngitməyə çalışır, bəzən revanşist düşüncələr də sərgiləyirlər. Onlardan fərqli olaraq ölkəmiz səbrli və təmkinli davranır, problemlərin siyasi yollarla çözülməsinə çalışır. Ermənistan yenə də haray - həşir qoparır, Qarabağdakı ermənilərin guya humanitar fəlakətlə üzləşdiyini, onların Azərbaycan tərəfindən blokadaya alındığını car çəkir. Azərbaycan isə ermənilərin bu yalanlarını təkzibedilməz faktlarla beynəlxalq ictimaiyyətin qarşısına çıxarır, onları konstruktiv mövqe sərgiləməyə çağırır. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 
    Özlərini yazıq millət kimi göstərən ermənilər, üçtərəfli bəyanatda nəzərdə tutulmuş Qarabağdakı erməni hərbi birləşmələrini Azərbaycanın bu bölgəsindən çıxarmaq əvəzinə, onları orada saxlayır və işğaldan azad edilmiş ərazilərdə dinc quruculuq işlərinin aparılmasına, əhalinin qayıdıb həmin ərazilərdə yaşamasına daim təhlükə törədirdi. Ölkə Başçısı cənab İlham Əliyevin bütün xəbərdarlıqlarına baxmayaraq erməni faşist tör - töküntüləri yenə də öz murdar əməllərindən əl çəkmək istəmirlər. Görünür onlar tez - tez Dəmir Yumruğun zərbəsini öz başlarında hiss etməlidirlər ki, ağılları başlarına gəlsin. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

    Sentyabrın 19 - da Azərbaycan ordusu Qarabağda sülhün bərqərar olmasına,​ reinteqrasiya prosesinə maneəçilik törədən erməni hərbi birləşmələrinin təmizlənməsi məqsədilə növbəti anti-terror əməliyyatına başladı. Ordumuz cəmi 24 saat ərzində 90 - a yaxın strateji əhəmiyyətə malik olan məntəqəni ələ keçirdi. Düşmən tərəfi ağ bayraq qaldıraraq təslim oldu və ayın 21 - də Yevlax şəhərində danışıqlar masası arxasında oturacaqlarını bildirdi. Azərbaycan özünün sülhpərvər missiyasına sadiq qalaraq onların cari ehtiyacları haqqında məlumat aldıqdan sonra, yardım göstərəcəkləri haqda söz verdilər.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu hadisələrin ardınca xalqa müracət etdi. Azərbaycan Prezidenti xalqımızı növbəti qələbə münasibətilə təbrik etdi. Eyni zamanda cənab İlham Əliyev Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarına da müraciət etdi. O, erməni əsilli vətəndaşların hüquqlarının digər Azərbaycan vətəndaşlar kimi qorunmasına, onların təhlükəsizliyinə Ölkə Başçısı olaraq tam təminat verəcəyinə söz verdi. Prezident vurğuladı ki, işğaldan sonra Azərbaycan öz ərazilərində böyük quruculuq işləri həyata keçirir. Həmin ərazilər günü - gündən gözəlləşir, daha da cəlbedici olur. Sözsüz ki, uzun illər Qarabağdaki xunta rejimindən əziyyət çəkən erməni əsilli vətəndaşlarımız üçün də belə gözəl şərait yaradılacaqdır. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycan özünün sülhpərvər mövqeyi ilə dünyanın diqqət mərkəzində olan, Cənubi Qafqazda liderlik edən güclü dövlətdir. Dövlətimiz bölgədə sülhün bərqərar olması missiyasını şərəflə yerinə yetirir. Məhz Azərbaycanın səyləri nəticəsində bölgədə insanlar sülh və əmin-amanlıq şəraitində xoşbəxt həyat yaşayacaqlar.​ ​ ​ ​
    Ələddin Əhmədov​, ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib152 dəfə
    ermənistanın hərbi təxribatları antiterror əməliyyatını labüd etdi

    Maraqlı gələ bilər
    45
    30
    44
    85
    114
    37